22 Sentyabr 2019 01:27
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında 5-ci tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Göztəpə” “Konyaspor”la qarşılaşıb. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsi olub.

Şənbə günü daha üç görüş baş tutub. “Kayserispor” – “Dənizlispor” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Antalyaspor”u 3 cavabsız qolla məğlub edib. “Fənərbaxça” isə “Ankaragücü” ilə ev oyununda əzmkar qələbəyə sevinib.

“Qalatasaray” bu turda “Yeni Malatyaspor” səfərinə yollanacaq.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. Cari mövsümə uğursuz start verən “Beşiktaş” “Başakşəhər”lə üz-üzə gələcək.

Türkiyə Super Liqası, 5-ci tur

20 sentyabr

Göztəpə – Konyaspor 1:0
Qol: A.Öztürk, 76-pen.

21 sentyabr

Kasımpaşa – Antalyaspor 3:0
Qol: M.Pektemek, 53. Tiam, 60; 80.

Kayserispor – Dənizlispor 1:1
Qol: P.Enrike, 13 – Muravski, 74.

Fənərbaxça – Ankaragücü 2:1
Qol: Yorgensen, 20. Muriqi, 73 – Orgill, 16.

22 sentyabr

15:00 Rizəspor – Qazişəhər
17:30 Gənclərbirliyi – Alanyaspor
20:00 Yeni Malatyaspor – Qalatasaray

23 sentyabr

21:00 Beşiktaş – Başakşəhər
21:00 Sivasspor – Trabzonspor


Müəllif: Teleqraf.com