27 Sentyabr 2019 19:02
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirində yarımfinal mərhələsinin cavab partiyaları oynanılıb.

Teleqraf.com-un məlumatına görə, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşe-Laqrav ilə qarşılaşıb. T.Rəcəbov birinci partiyadakı görüşü heç-heçə başa vurub. Cavab partiyasında isə şahmatçımız qalib gəlib. İki oyunun nəticəsinə görə, T.Rəcəbov turnirin finalına vəsiqə qazanıb. Həmçinin, təmsilçimiz iddiaçılar turnirinə vəsiqəni də təmin edib.

Qeyd edək ki, 5 şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaq.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə 128 şahmatçı qatılıb. Türnirə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər