23 Oktyabr 2019 00:16
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar bizim Çempionlar Liqasını qazanmalı olduğumuzdan bəhs edir. Ancaq biz buna hələ hazır deyilik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Britatniya mətbuatına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Çempionlar Liqasını qazanmaq üçün hələ inkişaf etməli olduqlarını bildirib: “Son iki mövsümdə kifayət qədər qol vurmuşuq, buna görə narahat deyiləm. Görməli olduğumuz işlər var. İnkişaf etməyə davam etməliyik”.

Qeyd edək ki, dörd ildir “Mançester Siti”ni çalışdıran Qvardiolanın komandası son üç mövsümdə ÇL-in 1/4 finalında mübarizəni dayandırıb.


Müəllif: Teleqraf.com