27 Noyabr 2019 01:35
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ilin ən yaxşı hakimi Çempionlar Liqasının “Liverpul” və “Tottenhem” komandaları arasında keçirilən son final matçını (2:0) idarə edən sloveniyalı Damir Skomina seçilib.

Almaniyalı Feliks Brix 2-ci, üçüncü isə Niderlanddan Byörn Kuypersdir.

Türkiyəli FİFA referisi Cüneyt Çakır isə 5-ci sırada qərarlaşıb.

İlk 10-luq

1 Damir Skomina (Sloveniya) – 136 səs

2 Feliks Brix (Almaniya) – 129

3 Byörn Kuypers (Hollandiya) – 61

4 Canluka Rokki (İtaliya) – 58

5 Cüneyt Çakır (Türkiyə) – 47

6 Nestor Pitana (Argentina) – 38

7 Antonio Mateu Lahoz (İspaniya) – 23

8 Klemen Turpin (Fransa) – 23

9 Martin Atkinson (İngiltərə) – 21

10 Maykl Oliver (İngiltərə) -18


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər