“Neymarı ehtiyatda saxlamaqdan qorxmuram. Onunla danışmışam, zədə səbəbindən altı həftə oynamayıb. Buna görə də, onun sağlamlığını riskə ata bilməzdik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Fransa mətbuatına açıqlamasında deyib.
Amaniyalı mütəxəssis komandanın lideri Neymarı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Real”la oyunun (2:2) 46-cı dəqiqəsində əvəzləməsinin səbəbini izah edib. O, braziliyalı futbolçunu qorumaq üçün belə qərar verdiyini deyib: “Bu qərarı həm də onun üçün verdik. Belə qərara görə, Neymarı itirməkdən qorxmuram. Bu oyunun çətin keçəcəyini, müdafiəyə xüsusi diqqət edəcəyimizi bilirdim”.