Yanvarın 8-də keçiriləcək AFFA-nın növbədənkənar konfransının yeri və gündəliyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, sabah saat 10:00-da başlayacaq tədbir "Bulvar otel"də təşkil olunacaq.
Gündəliyə iki məsələ daxil edilib: AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması;
Digər məsələlər
Növbədənkənar konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.