24 Yanvar 2020 01:36
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tottenhem”in futbolçuları baş məşqçi Joze Mourinyodan narazıdırlar.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı mütəxəssisin məşqləri futbolçuları narazı salıb.

Oyunçular onun məşqlərinin darıxdırıcı olduğunu bildirirlər. Poçettinonu ötən ilin noyabrında əvəzləyən Mourinyo məşqlərdə uzun ötürmələrə daha çox diqqət ayırır.

Futbolçular isə hesab edirlər ki, belə məşq üslubu daha aşağı liqalar üçündür. “Tottenhem”in oyunçuları sabiq baş məşqçiləri Poçettinonun məşqlərinin daha maraqlı olduğunu bildiriblər.

Qeyd edək ki, bəzi futbolçuların Mourinyo ilə münaqişəyə girdiyi haqda xəbərlər də yayılıb.


Müəllif: Teleqraf.com