1 Fevral 2020 10:33
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" klubunun futbolçusu Alper Potuk karyerasını Azərbaycanda davam etdirə bilər.

Azərbaycanın "Qarabağ" klubu 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır.

Artıq tərəflər arasında danışıqların baş tutduğu və bəzi məsələlərdə razılıq əldə olunduğu bildirilib. Xəbərdə Ağdam təmsilçisinin bu transferi gerçəkləşdirməsi üçün təzminat haqqını ödəyə bilməyəcəyi və bu səbəbdən də türkiyəli futbolçunu icarəyə götürmək istədiyi yazılıb. "Fənərbaxça" klubu Alperi "Rizəspor"a icarəyə vermək istəsə də, futbolçunun özünün "Qarabağ"da oynamaq istədiyi vurğulanıb.

Qeyd edək ki, 2013-cü ildən "Fənərbaxça"da çıxış edən Alper Potuk keçirdiyi 152 oyunda 12 qol vurub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər