2 Fevral 2020 19:14
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya "Yuventus"unun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda "Fiorentina" ilə görüşdə etdiyi "dubl" sayəsində nail olub.

Ronaldo klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı - Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər "altılığ"ına macarıstanlı Ferents Puşkaş (706) ilə "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldo 26 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə verib. "Fiorentina" ilə qarşılaşma "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.


Müəllif: Teleqraf.com