2 Fevral 2020 23:56
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun matçında London "Tottenhem"i "Mançester Siti" üzərində qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, Londonda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

“Tottenhem”in heyətində Stiven Berqveyn və Son Xın Min fərqlənib.

60-cı dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Aleksandr Zinçenko qırmızı vərəqə alıb.

"Tottenhem" 25 turdan sonra 37 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində üçüncü yeri tutur. "Mançester Siti" 51 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər