“Qalatasaray”ın derbidə “Fənərbaxça”nı 3:1 hesabı ilə məğlub etməsindən sonra “Şükrü Saracoğlu” stadionunda qalmaqal yaşanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 21 il sonra rəqibinə Kadıköydə məğlub olan “Fənərbaxça”nın azarkeşləri klubun prezidenti Ali Koçla baş məşqçi Ersun Yanalın ünvanına təhqiramiz ifadələr işlədiblər.
A.Köç stadionda onu söyən azarkeşlə əlbəyaxa olub.