Məsut Özil karyerasını Almaniyada davam etdirə bilər.
Publika.az xəbər verir ki, "Bavariya" "Arsenal"ın ulduzunu qış transferi pəncərəsində heyətinə qatmağı planlaşdırır. “Bavariya”nın baş məşqçisi Pep Qvardiola Məsutun oyunlarını izlədiyini və çox bəyəndiyini deyib.
İddiaya görə, "Bavariya" qış transfer pəncərəsi açılan zaman "Arsenal"a təklif göndərəcək. Hətta İngiltərə təmsilçisinin təklifə biganə olmadığı da bildirilir.