Almaniyanın “Herta” klubunun futbolçusu Maksimilian Mittelşdetddə koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, 22 yaşlı müdafiəçinin testi müsbət nəticə verib.
Komandanın bu günə məşqi planlaşdırılsa da, futbolçu simptomlardan şikayət etdiyi üçün dərhal komandadan kənarlaşdırıb və bütün oyunçulara, məşqçi heyətinə 14 günlük karantin tətbiq edilib.
Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları koronavirusa görə dayandırılıb.