28 Sentyabr 2014 21:28
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik”.

Teleqraf.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov “Simurq”a məğlub olduqları (2:3) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Gənc çalışdırıcı futbolçularından ciddi şəkildə narazılığını ifadə edib: “ Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".


Müəllif:

Oxşar xəbərlər