Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Qotoku Sakay koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yaponiyalı müdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib.
Sakay, Yaponiya 1-ci liqasında koronavirusa yoluxan ilk futbolçu olub.
Qeyd edək ki, “Vissel Kobe”də “Barselona”nın keçmiş futbolçusu Andres İnyesta da çıxış edir.