14 Aprel 2014 23:37
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 ağır atletimizin dopinq qalmaqalında günahlandırılması barədə məlumat vermişdik.

Öncə 9 atletimizi dopinqdə suçlayan Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) sonradan bu siyahıya 9 idmançımızı da əlavə etdi. Qərara görə, Zülfüqar Süleymanov ömürlük, digər idmançılarımız isə 2 illik yarışlardan uzaqlaşdırıldı.

Bundan sonra IWF Azərbaycan Ağır Atletika Federasiyasına yeni komanda təşkil etmək barədə tövsiyə verdi. Dopinq qalmaqalı federasiyada böyük xaos yaratdı. Beynəlxalq qurumun verdiyi qərardan təlaşa düşən federasiya rəsmiləri mətbuata açıqlama verməkdən boyun qaçırdır.

İWF yerli federasiyaya 500 min dollar ödəmək öhdəliyi qoysa da hələ ki, bu borcu ödəməyib. Üstəlik, Beynəlxalq federasiyasının tövsiyəsi də yerinə yetrilirmir, yeni komanda formalaşdırılması yönünüdə hər hansı bir addım atılmır.

Teleqraf.com-a daxil olan məlumata görə, ağır atletika üzrə milli komandanın baş məşqçisi Zlatan Vanev bu durumdan narazı qalıb. Və o şikayətini birbaşa federasiyanın prezidenti Cahangir Əsgərova etmək niyyətindədir. Aldığımız məlumata görə, baş məşqçi dəfələrlə federasiya prezidenti ilə görüşmək istəsə də, Cahangir Əsgərov onu qəbul etməkdən imtina edib. Federasiya prezidenti dopinq qalmaqalında əsas günhakarlardan biri kimi də məhz bolqar mütəxəssisi görür.

Qərarında qəti olan Vanevin bu gün Cahangir Əsgərovla görüşəcəyi bildirilir. Redaksiyamıza daxil olan məlumata görə, onun görüşməkdə məqsədi yeni komandanın yaradılması işinin tezləşdirilməsidir. Həmçinin o borcun da yaxın zamanda ödənilməsini tələb etmək niyyətindədir. Təklifləri qəbul olunmayacağı təqdirdə Zlatan Vanev baş məşqçi postundan getmək fikrindədir.


Müəllif:

Oxşar xəbərlər