İspaniyada futbol yarışlarına hazırlıq getdiyi bir vaxtda 5 futbolçuda koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, onlardan yalnız birinin adı məlumdur. Bu, “Atletiko”nun 22 yaşlı braziliyalı müdafiəçisi Renan Lodidir.
“Betis”in isə üç futbolçusunun koronavirusa yoluxduğu bildirilib. Digər bir oyunçunun isə La Liqa və ya Sequnda klubunun üzvü olduğu açıqlanmayıb.