13 May 2020 23:54
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA 2020-ci ilin ən yaxşı oyunçusu da daxil olmaqla, bu il laureatlar üçün mükafatlandırma mərasimləri keçirməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb bütün dünyada futbol turnirlərini təxirə salan koronavirus pandemiyasıdır.

Qeyd edək ki, mükafatlandırma mərasiminin bu il də sentyabrda Milanda keçirilməsi planlaşdırılırdı.

Eyni zamanda, “France Football” jurnalı da mərasimin keçirilməsi barədə qərar verməyib. Nəşr 1956-cı ildən ilin ən yaxşı futbolçusunu müəyyən edir. Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrda keçirilir və “Qızıl top” mükafatı verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər