İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp yayda bahalı transfer etməkdən imtinalarının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, alman mütəxəssis hazırda bütün klubların pul itirdiyini bildirib.
“Biz satdığımız biletin pulunu geri qaytarmağa məcburuq. Gələn mövsüm üçün isə 10-15 matça ümumiyyətlə, heç bilet satmaya bilərik. Tribunalar boş olacaq. Bu, bizim tərəfdaşlarımıza da təsir edir. Beləliklə, hər şey dəyişəcək. Biz futbolçuların maaşını azaltmağı müzakirə etmək haqda düşündüyümüz vaxtda, 50-60 milyonluq oyunçu alsaq, o zaman izahat verməli olacağıq”.