UEFA İcraiyyə Komitəsi AFFA-ya, Bakı şəhərinə və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Teleqraf.com-un məlumatına görə, bu qərar təşkilatçıların təxirə salınmış AVRO-2020-yə daimi dəstək və sadiqlik nümayiş etdirmələri ilə əlaqədar qəbul olunub.
Koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.