7 Oktyabr 2014 09:46
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Andrea Pirlo "Avro-2016"nın seçmə mərhələsində millimizlə və Malta ilə oyunlar üçün İtaliya yığmasına çağırılıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, zədələnən Cakomo Bonaventuranın əvəzinə milliyə dəvət alıb. Beləliklə, komandanın baş məşqçisi Antonio Konte şans verəcəyi təqdirdə, 35 yaşlı yarımmüdafiəçi millimizə qarşı oynaya biləcək.

Qeyd edək ki, İtaliya - Azərbaycan matçı oktyabrın 10-u keçiriləcək. İtaliya millisi oktyabrın 13-ü isə Maltanın qonağı olacaq.


Müəllif:

Oxşar xəbərlər