“Pari Sen-Jermen” futbol klubu özünün rəsmi saytında məşqlərin bərpası ərəfəsində komandada koronavirusa dörd yoluxma halının aşkarlanması haqqında bildirib.
Teleqraf.com-un məlumatına görə, komandanın üç futbolçusunun və məşqçi qərargahının bir nümayəndəsinin COVID-19 testləri müsbət olub.
"Onlar təcridetmədə olarkən və bir-biri ilə ünsiyyətdə olmayanda yoluxma simptomları göründü. Hazırda onlar yoluxucu deyillər və məşqləri davam etdirə bilərlər”, - Paris klubunun bəyanatında deyilir.