6 İyul 2020 20:08
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom" klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun təmsil etdiyi Tom şəhərinin Operativ Qərargahı məlumat yayıb.

İnfeksiya aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu daha yaxşıdır və onlar ev şəraitində həkim nəzarəti altındadırlar.

Komandanın digər üzvlərinin analizlərinin nəticələri isə mənfi çıxıb.

Qeyd edək ki, "Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə başa vurub.


Müəllif: Teleqraf.com