Estoniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” bu mərhələdə “Paide 3” ilə qarşılaşıb. Rəqibini 4:0 hesabı ilə məğlub edən Novruzovun komandası növbəti mərhələyə vəsiqə qazanıb.
Nurlan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.