13 Oktyabr 2014 23:53
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turunda İsrail təmsilçisi Boris Gelfand Azərbaycan şahmatçısı Teymur Rəcəbova qalib gəlib.

Teleqraf.com-un məlumatına görə, Rəcəbov məğlub olduğu görüş haqda bunları deyib: "Debüt seçimimdən razı qalmadım. Yanlış seçim oldu. Səhv etdikdən sonra onu düzəltmək çətinlik törətdi. Gelfand yaxşı oynadı və bundan istifadə etdi. Qarşıda bizi son tur gözləyir. Bakıdan sonra Qran-Prinin daha iki mərhələsində iştirak edəcəm. Həmin turnirlərdən sonra iddiaçılar turnirinə yollanacaq şahmatçılar məlum olacaq. Şanslar hər zaman var."

Boris Gelfand jurnalistlərin İsrail və Azərbaycan şahmatçılarının oyununu futbol üzrə milli komandayla müqayisə edilməsinin əleyhinə çıxıb: "Həm İsrail, həm də Azərbaycan futbol yığmasına hörmətlə yanaşıram. Amma mənimlə Teymurun oyununu futbol üzrə milli komandaların görüşüylə müqayisə etmək düzgün deyil. Həm İsrail, həm Azərbaycan futbol yığması ikinci dərəcəli komandalardır. Futbolda dəbi diqtə edən, liderlər sırasından çox uzaqdırlar. Hər iki ölkədə futbol ürəkaçan vəziyyətdə deyil. Amma şahmatda Teymurla mən dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə uğrunda yarışırıq.

Müqayisəni qəbul etmirəm. Oyuna gəldikdə, Teymur səhv etdi və mən bundan istifadə etdim. Revanş adlandırmazdım. Şəhriyara uduzdum, sonra Teymura qalib gəldim. Bu şahmatdır. Hər bir şahmatçı qələbə qazana bilir, həm də məğlub olur. Son tura lider kimi qədəm qoymaq yaxşıdır. Amma Qran-Prinin Bakı mərhələsində qələbə qazanmaq daha xoş olardı."


Müəllif:

Oxşar xəbərlər