14 Oktyabr 2020 21:23
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Karate-1 Premyer Liqa turniri ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Karate Federasiya (WKF) yerli hakimiyyət orqanları ilə məsləhətləşmədən sonra qərar çıxarıb.

WKF yarışın koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu və Rusiya tərəfindən sağlamlığa tam zəmanət verilmədiyini bildirib.

Qeyd edək ki, Moskvadakı Premyer Liqa turniri əvvəlcə 2 - 4 oktyabra təyin edilib. Sonradan dekabrda keçirilməsi nəzərdə tutulan yarış rəsmi olaraq ləğv edilib. Rusiyadakı turnirdə azərbaycanlı karateçilərin də iştirakı planlaşdırılıb.


Müəllif: Teleqraf.com