Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.
FIFA referisi Rauf Cabbarovun idarə etdiyi görüş qolsuz yekunlaşıb. 84-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elvin Məmmədovun penalti zərbəsini qonaq komandanın qapıçısı Aqil Məmmədov dəf edib.
Bu nəticədən sonra xalını 15-ə çatdıran "Sumqayıt" 1-ci, 14-cü xalını qazanan "Neftçi" isə ikinci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 2 qarşılaşmasında "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" görüşündə isə qalib müəyyənləşməyib - 0:0.
Tura saat 16:00-da başlanacaq "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq.