3 Dekabr 2020 21:42
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.

Teleqraf.com xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə qoyulan qadağanı ləğv edib.

Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər