"Keşlə"də koronavirusa yoluxmuş daha bir futbolçunun adına aydınlıq gəlib.
Teleqraf.com-un məlumatına görə, komandanın gənc hücumçusu Xəzər Mahmudovun testi də müsbət nəticə verib.
Bununla da heyətdə infeksiya aşkarlanmış oyunçuların sayı 10-a çatıb. Bunlardan 7-si - Rafael Məhərrəmli, Xəzər Mahmudov, Rail Məlikov, Rəşad Sadiqov, Stanislav Namaşko, Tural Axundov və Miyusko Boyoviç aktiv koronavirus xəstələridir.
Rəhman Hacıyev, Şəhriyar Əliyev və Vüsal İsgəndərli isə müalicə alaraq sağalıblar.