Təbrizin “Traktor” komandası Asiya qitəsinin ən populyar və ən çox azarkeşi olan klubu seçilib.
Teleqraf.com xəbər verir ki, Asiya Futbol Konfederasiyasının(AFC) keçirdiyi müvafiq sorğuda Təbriz təmsilçisi birinci yeri tutub.
AFC-nin rəsmi saytında ötən həftə başlayan sorğuda “Traktor” səslərin 50.85 faizini qazanıb.
Güney Azərbaycan klubundan sonrakı yerləri İodoniyanın “Əlvəhdət”, Suriyanın “Əl İttihad”, Malayziyannın “Persika”, İranın “Perspolis”, İndoneziyanın “Cövgər-i Daruttazim”, Çinin ”Şenheva Çin”, Cənubi Koreyanın “Sun Samsunq” komandaları tutublar.
Bundan əvvəl, dekabrın 20-də AFC-nin Mərkəzi və Cənub Şərqi Asiya bölgələri üzrə keçirdiyi sorğuda da “Traktor” birinci olmuşdu.