3 Fevral 2021 00:26
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Super Liqasında XXII tura start verilib.

Teleqraf.com-yn məlumatına görə, açılış matçında lider "Fənərbağça" "Hatayspor"un qonağı olub.

Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Qonaqların heyətində Mame Tiam fərqlənib. 77-ci dəqiqədə "Fənərbağça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. O, qolun müəllifini əvəzləyib. 88-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Jan-Klod Billonq topu öz qapısından keçirib - 0:2. Matçda son nöqtəni isə "Hatayspor" qoyub. Qobonlu hücumçu Aaron Bupendza baxımlı qola imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 48-ə çatdıran "Fənərbağça" ilk pillədəki mövqeyini qoruyub. "Hatayspor" isə 35 xalla 7-ci sırada qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər