Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk yarış gününə martın 13-də yekun vurulub.
Teleqraf.com xəbər verir ki, dairəvi sistemlə keçirilən ilk mərhələnin 1-ci günündə 5 tur oynanılıb.
I tur
Şəhriyar Məmmədyarov – Levon Aronyan (Ermənistan) - 1:0
Teymur Rəcəbov – Aniş Giri (Niderland) - 0,5:0,5
II tur
Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya) - 0,5:0,5
Teymur Rəcəbov – Daniil Pişo (Argentina) - 0,5:0,5
III tur
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Uesli So (ABŞ) -Teymur Rəcəbov - 0,5:0,5
IV tur
Şəhriyar Məmmədyarov – Yorden Van Forrest (Niderland) - 1:0
Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
V tur
Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov - 1:0
Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0:1
Qeyd edək ki, növbəti 5 turun oyunları bu gün keçiriləcək.