25 Mart 2021 15:59
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.

Teleqraf.com xəbər verir ki, məlumatına görə, İtaliyanın "Yuventus" klubunda çıxış edən 36 yaşlı hücumçu qələbənin vacib olduğunu bildirib.

"Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda", - deyə o, feysbuk profilində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com