27 Mart 2021 09:16
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayır.

Teleqraf.com-un məlumatına görə, yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi 81 kq) qüvvəsini sınayacaq.

Fətiyev 1/16 finalda Din Gemer (İsrail), Tskayev isə Kenni Bedellə (İtaliya) üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər