Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqəni 91 ölkə arasında 7-ci yerdə başa vurub.
Teleqraf.com xəbər verir ki, yığma üzvləri 1 qızıl, 2 bürünc medal qazanıblar. Həmin medallara Zelim Kotsoyev (100 kq), Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) sahib olub. Orxan Səfərov (66 kq) və Uşangi Kokauri (+100 kq) isə 5-ci yeri tutub. Böyük Dəbilqədə 9 kişi və 4 qadın cüdoçu mübarizə aparıb.
Kişilərin yarışında yalnız Yaponiya (1 qızıl, 2 gümüş), Türkiyə və İtaliyadan (hərəyə 1 qızıl, 1 gümüş) geri qalan Azərbaycan millisi 4-cü olub.