4 Aprel 2021 20:56
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, turun sonuncu oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub.

"ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.


Müəllif: Teleqraf.com