Futbol üzrə Avropa Liqasının 4-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Qarabağ” – “Dnepr” oyununun biletləri noyabrın 3-ü saat 09:00-dan etibarən satışa çıxarılacaq.
Teleqraf.com Qarabağ futbol klubunun rəsmi saytınma istinadən xəbər verir ki, biletlərin satışı zamanı xoşagəlməz halların qarşısını almaq və saxta bilet satışının ehtimalını maksimum azaltmaq üçün Qarabağ futbol klubunun rəsmiləri yeni üsuldan istifadə edəcək. Belə ki, biletlərin üzərinə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bununla da azərkeşlər saxta biletlərdən yayına biləcək.
Qeyd edək ki, səfərdə Ukraynanın “Dnepr” klubuna 0-1 hesabı ilə qalib gələn komandamız qrupda ikinci pilləyə yüksəlib.
Samir