6 İyun 2021 16:26
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında qəza törədən "Art Grand prix" pilotu Teo Purşerin qolu sınıb.

Teleqraf.com xəbər verir ki, 18 yaşlı sürücü Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Xatırladaq ki, Teo Purşer qəza törətdiyi üçün yarışa davam edə bilməyib. "Formula 2"ni "Hitech Grand Prix"dən Yuri Vips qazanıb.


Müəllif: Aysel Azad