19 İyun 2021 20:16
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində daha 3 görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, 34 yaşlı qrossmeyster hər 3 qarşılaşmanı heç-heçə başa vurub.

O, IV turda qara fiqurlarla rusiyalı Pyotr Svidler (Rusiya), V və VI turlarda isə "ağ"larla müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So və Fabiano Karuana ilə sülhə razılaşıb.

Qeyd edək ki, 6 oyunda sonra 6 xalı olan Rəcəbov 4 - 6-cı yerləri bölüşdürür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər