24 İyul 2021 01:34
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, Əməkdar məşqçi Firdovsi Umudov “Xəzər” TV-nin “Birinci Studiya” verilişində Tokio Yay Olimpiya oyunlarından danışıb.

Teleqraf.com xəbər verir ki, Firdovsi Umudov deyib ki, Tokio Yay Olimpiya oyunlarında 44 idmançımız iştirak edir: "Azərbaycan Olimpiya yığması qalib ölkənin komandası kimi çıxış edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı qələbə idmançılarımız üçün bir motivasiyadır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhid ailələrinə səbir diləyirik, qarşılarında baş əyirik. İdmançılarımıza uğurlar arzu edirəm. Qalib ölkənin komandasına qələbə yaraşır. Gərək idmançılarımız da inamla çıxış edib, ümidləri doğrultsunlar. Tokio Yay Olimpiya oyunlarının açılış mərasimini izlədim. Mən 2008, 2012, 2016-cı illərdə baş tutan Olimpiya Oyunlarında iştirak etmişəm. Bu oyunlar Avropa, dünya çempionatı və digər beynəlxalq yarışlardan çox fərqlənir. Orada təcrübəli güləşçilər, idmançılar da məğlub ola bilərlər. Çünki sürprizlər çoxdur. Bununla yanaşı, hesab edirəm ki, idmançılarımız psixoloji, texniki-taktiki və fiziki cəhətdən hazır olmalıdırlar.

Koronavirus bütün sektorlara olduğu kimi, idman sahəsinə də təsir göstərib. Ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana və idmançılara hər zaman xüsusi diqqət göstərilib, göstərilir. Olimpiya yığma komandamız çox qısa müddət məşqdən uzaq düşdü. Bununla belə, nəzarət altında onlara şərait yaradıldı. Fikrimcə, komandamız yarışlara hazırdır. Otuz ildir Qarabağın qurtuluşunu həsrətlə gözləyirdik.

Deyirdik ki, qələbəmizi Qarabağda, Şuşada qeyd edəcəyik. Qələbələrimizi şəhidlərimizə, qazilərimizə həsr edirdik.

Bu gün Ali Baş Komandanmızın rəhbəliyi ilə qələbəyə nail olduq. Bir mütəxəssis, azərbaycanlı kimi arzu edirəm ki, idmançılarımız uğur əldə etsinlər və biz də bu qələbə sevincini işğaldan azad olunan torpaqlarımızda qeyd edək. Olimpiya oyunlarında iştirak etmək böyük fəxrdir. Güləş ənənəvi idman növüdür. Güləşçilərimiz bir çox oyunda medallar qazanıblar. Bundan başqa, karate idman növü isə Olimpiya Oyunlarına yeni daxil edilib. Sürpizlərimiz çox olacaq. Məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür, idmançılarımızı qələbəyə ruhlandırmalıdırlar. Taekvondo, boks, güləş, karate, cudo kimi idman növlərində medallar gözlənilir. Amma velosiped idman növü bizim üçün yenidir. Bu istiqamətdə iştirak etmək də bir qələbədir. Qeyd etmək istəyirəm ki, orada 3 qat, 4 qat dünya çempionlarımız var, Rafael Ağayev, Şərif Şərifov, Hacı Əliyev kimi və bir çox idmançılarımızın adını çəkə bilərdim. Onlar dünyada tanınmış idmançılardır. Tokio Yay Olimpiya Oyunlarında da idmançılarımız uğurla çıxış edib, xalqımıza qələbə sevinci bəxş edəcəklər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər