30 İyul 2021 19:42
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

Teleqraf.com-un məlumatına görə, daha 21 dəst medal oxatma, atletika, kanoe slalom, velosiped, qılıncoynatma, cüdo, avarçəkmə, atıcılıq, üzgüçülük, stolüstü tennis və gimnastikanın tamblinq növündə sahiblərini tapıb. Beləliklə, 133 dəst medala 70 ölkənin idmançıları yiyələnib.

Azərbaycan bir medalla hələlik 63-cü pillədə qərarlaşıb.

Çin 40 (19 qızıl, 10 gümüş, 11 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

28 (17 qızıl, 4 gümüş, 7 bürünc) medal qazanan Yaponiya 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 14 "qızıl", 16 "gümüş" və 11 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 60-cı pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər