"Qarabağ"ın Kiprdə AEL klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu dolu tribunalar qarşısında olacaq.
Teleqraf.com xəbər verir ki, Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq qarşılaşma üçün azarkeş sayı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.
Limassol təmsilçisinin direktoru Teodoros Antoniu sosial şəbəkələrdə paylaşım edərək, tərəfdarları stadiona səsləyib. 7 400 nəfərlik arenanın tam dolacağı gözlənilir.
Qeyd edək ki, avqustun 5-də gerçəkləşəcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.