5 Avqust 2021 22:27
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin hazırda keçirilən AEL (Kipr) – “Qarabağ” oyununun vaxtında başlamamasının səbəbi bəlli olub.

Teleqraf.com xəbər verir ki, görüşün start fitindən əvvəl yerli azarkeşlərlə “Qarabağ”ın ehtiyat oyunçuları arasında qarşıdurma yaranıb.

AEL nümayəndələrinin müdaxiləsindən sonra azarkeşlər sakitləşdirilib və gərginlik aradan qaldırılıb. Nəticədə 21:00-da başlamalı olan görüşün start fiti bir neçə dəqiqə ləngiyib.

Qeyd edək ki, Larnaka şəhərindəki “AEK Arena”da keçirilən matçda hazırda fasilədir və hesab açılmayıb


Müəllif: Teleqraf.com