9 Noyabr 2014 16:39
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İtaliyada A Seriyasında 11-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son oyun günündə 8 qarşılaşma keçiriləcək.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" öz meydanında "Verona" ilə qarşılaşacaq. Milan təmsilçisi bu görüşdə qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra bilər. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Günün digər oyunlarında "Yuventus" klubu evdə "Parma"nı, "Roma" isə "Torino"nu sınağa çəkəcək. "Napoli" səfərdə "Fiorentina"nın, "Latsio" isə "Empoli"nin qonağı olacaq.

9 noyabr

23:45. “İnter” – “Verona”

“Kalyari” – “Cenoa”

“Kyevo” – “Çezena”

“Empoli” – “Latsio”

“Yuventus” – “Parma”

“Palermo” – “Udineze”

“Fiorentina” – “Napoli”

“Roma” – “Torino”

8 noyabr

İtaliya A seriyası, 11-ci tur

"Sassuolo” – “Atalanta” - 0:0

“Sampdoriya” – “Milan” - 2:2

Qollar: El-Şəravi, 10 (0:1), Okaka, 45+1 (1:1), Eder, 51 (1:2), Menes, 65 (2:2)


Müəllif:

Oxşar xəbərlər