10 Sentyabr 2021 20:55
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted” Kriştianu Ronaldunu ictimaiyyətə təqdim edib.

Teleqraf.com xəbər verir ki, təcrübəli hücumçunun transfer qiyməti 15 milyon avro təşkil edib. Bu məbləğ “Yuventus”a qarşıdakı 5 il ərzində ödənilməlidir. Bundan başqa, Ronaldu nailiyyətlər əldə edəcəyi təqdirdə Turin təmsilçisinə 8 milyon avro əlavə bonuslar da nəzərdə tutulub.

Kriştianu ilə 2 illik müqavilə imzalanıb. O, etimadı doğruldacağı halda sövdələşmə müddəti daha 1 il artırılacaq. Əvvəlcə komandanın baş məşqçisi Ule Qunnar Sulşerlə görüşən portuqaliyalı hücumçu artıq “qırmızı şeytanlar”ın düşərgəsində ilk məşqə də çıxıb.


Müəllif: Teleqraf.com