11 Sentyabr 23:45
220

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo dönüşünü qeyd edib.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının IV turunda buna nail olub.

“Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar”ın start heyətində meydana çıxan 36 yaşlı forvard 12 ildən sonra yenidən “Mançester Yunayted”in formasını geyinib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib.


Müəllif: Teleqraf.com