12 Noyabr 2014 05:39
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib.

Teleqraf.com-un məlumatına görə, beynəlxalq arenada çıxış edəcək 4 komandamızdan mübarizəyə öncə “Azərreyl” başlayıb.

Bakı təmsilçisi “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk qarşılaşmada Avstriyanın "İnsburk" klubu ilə qarşılaşıb və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah, saat 15:30-da çıxacaqlar.


Müəllif:

Oxşar xəbərlər