12 Noyabr 2014 11:29
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real”ın və Portuqaliya millisinin ulduzu Ronaldonun Lionel Messiyə təhqiramiz ləqəb qoyması ilə bağlı deyilən iddiaya münasibət bildirib.

İspaniyanın tanınmış idman jurnalisti Qilyem Balaqenin yazdığı kitabda yer alan yazı Ronaldonun heç də xoşuna gəlməyib.


Publika.az xəbər verir ki, “facebook”dakı səhifəsindən xəbəri təkzib edən Kriştianu Balaqeni məhkəmə ilə hədələyib. Ulduz futbolçu sosial şəbəkədə bunları qeyd edib:


"Bəzi həqiqətə uyğun olmayan xəbərlərdə deyilir ki, mən Lionel Messini nalayiq ləqəblə adlandırmışam. Bu, tamamilə yalandır. Əminəm ki, mənim vəkilim bu məsələdə məsuliyyət daşıyan kəslərlə bağlı ölçü götürəcək. Bütün həmkarlarıma dərin hörmətlə yanaşıram. Messi də istisna deyil”.


Müəllif:

Oxşar xəbərlər