13 Noyabr 2014 15:54
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan - Norveç oyununun hakimləri məlum olub.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Norveç oyununu idarə edəcək hakimlər bəlli olub.

Oyunun baş hakimi Yevgeni Aranovski, onun köməkçiləri Aleksandr Voytyuk, Semen Şlonçak, dördüncü hakim Sergey Bekker, əlavə köməkçi hakimlər isə Sergey Boyko və Anatoli Abdula olacaq.

Hakimlər briqadası Ukraynadandır.

Hakim-inspektor Zoran Petroviç (Serbiya), UEFA nümayəndəsi isə Mehmet Süheyl Önen (Türkiyə) təyin olunub.

Qeyd edək ki, görüş noyabrın 16-da, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər