1 Noyabr 2021 23:43
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında təsəlliverici görüşlərə qatılacaq.

Teleqraf.com-un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançının 1/8 finalda uduzduğu iranlı Poya Dad Marz finala yüksəldiyindən o, bürünc medal qazanmaq şansını saxlayıb. Quluzadənin rəqibi özbəkistanlı İxtiyar Botirov olacaq.

Qeyd edək ki, dünya çempionatında bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. Onlardan 4-ü - Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla vidalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər